Kamran Ağayev bir ay futboldan kənar qalacaq

Kamran Ağayev bir ay futboldan kənar qalacaq
XƏBƏR 22 İyun 2013 / 17:40 2074
-  A +

"Bakı" futbol klubu və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev cərrahiyyə əməliyyatı keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakı"nın tibbi sponsoru "Acıbadem" Fulay xəstəxanası idman sağlığı mərkəzində reallaşan əməliyyat uğurla başa çatıb.

Professor Melih Paksoytına özü tərəfindən gerşəkləşən əməliyyatın problemsiz keçdiyi və Kamranın özünü yaxşı hiss etdiyi bildirilir.

Əməliyyatdan sonra bərpa dövrü keçəcək Kamran Ağayevin, təxminən, 1 ay sonra məşqlərə başlayacağı gözlənilir. 


Son xəbərlər
topaz banner