"Xəzər Lənkəran" daha bir futbolçu ilə müqavilə imzalayacaq

"Xəzər Lənkəran" daha bir futbolçu ilə müqavilə imzalayacaq
XƏBƏR 22 İyun 2013 / 16:11 4199
-  A +

Almaniyada yay təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” toplanışın üçüncü günündə planlaşdırılan yeganə məşqini səhər saatlarında keçirib. 

Qol.Az-ımn klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fiziki çalışmalar üzərində başlayan hazırlıqda məşqçilər korpusu toplu və topsuz çalışmaların futbolçular tərəfindən yerinə yetirilməsinə nəzarət ediblər.

Əsasən hazırlığın şən ab-havada keçməsi xüsusi qeyd olunmalıdır. Dünəndən düşərgəyə gələn yeni futbolçu, “Sumqayıt” klubunun və A milli komandamızın şərəfini qoruyan Pərdis Fərcad-Azad bu gün fərdi məşqlə klubun sıralarına qoşulub. Hücumçu mövqeyində çıxış edən iran əsilli futbolçu ilə tibbi baxışdan keçdikdən sonra münasibətlər rəsmiləşəcək. Sabah isə Con Bencamin Toşak futbolçulara istirahət verəcək. Komanda səhər saatlarında Münhen şəhərinə gəzintiyə çıxacaq.

 


Son xəbərlər
topaz banner