"Liverpul" axtardığı qapıçını tapdı

"Liverpul" axtardığı qapıçını tapdı
XƏBƏR 22 İyun 2013 / 15:38 2903
-  A +

İngiltərənin "Liverpul" klubu uzun müddətdir ki, danışıqlar apardığı "Sanderlend"ın qapıçısı Simon Miqnoletinin transferini bitirib.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, 25 yaşlı qolkiperin tranferi üçün 11 milyon funt sterlinq ödənilib.

Qarşıdakı həftə belçikalı oyunçunun tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, bu transferin ardından "Liverpul"un əsas qapıçısı Pepe Reynanın "Barselona"ya satılacağı istisna edilmir.


Son xəbərlər
topaz banner