"Valensiya"nın futbolçusu "Barselona"dan imtina etdi

"Valensiya"nın futbolçusu "Barselona"dan imtina etdi
XƏBƏR 22 İyun 2013 / 14:13 3308
-  A +

Son zamanlar adı "Barselona" ilə hallanan "Valensiya"nın futbolçusu Jeremi Matieu klubunda qalmaq qərarı verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 29 yaşlı müdafiəçi "Valensiya" ilə müqaviləni yeniləyib.

Müqaviləyə əsasən oyunçu daha 3 il klubunun şərəfini qoruyacaq. Sözləşmədən sonra "L Equiepe"yə açıqlama verən Matieu Kataloniya klubunun onu istədiyini təsdiqləyib: "Barselona" üçün əvəzləyici idim və mənim gözləməyim lazım gəlirdi. Mən də "Valansiya"ya hörmətsizlik etmək istəmədim".


Son xəbərlər
topaz banner