"Sumqayıt"ın kapitanı əməliyyat olundu

"Sumqayıt"ın kapitanı əməliyyat olundu
XƏBƏR 22 İyun 2013 / 13:40 1602
-  A +

"Sumqayıt" klubunun kapitanı Samir Abasov ölkə xaricində diz nahiyyəsindən əməliyyat olunub.
 
Qol.Az-ın məlumatına görə, 34 yaşlı futbolçunun əməliyyatı uğurla tamamlanıb.

Hazırda özünü yaxşı hiss edən Samir bu həftə Bakıya qayıdacaq. Bərpa prosesi keçirəcək adıçəkilən futbolçu ardınca komandanın təlim-məşq toplanışına qoşulacaq.

"Əməliyyat uğurla keçdi. Hazırda xəstəxanadayam. Həftənin bazar ertəsi günü son müayinə olacaq. Çərşənbə günü isə inşallah Bakıya qayıdacağam. Son müayinədən sonra məşqə başlayacağım tarix məlum olacaq" - deyə Samir Abasov klubun rəsmi saytına açıqlama verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner