"Barselona"nın futbolçusu "Mançester Yunayted"ın hədəfində

"Barselona"nın futbolçusu "Mançester Yunayted"ın hədəfində
XƏBƏR 22 İyun 2013 / 12:04 3002
-  A +

Son İngiltərə çempionu "Mançester Yunayted" klubu "Barselona"nın futbolçusu Tiaqo Alkantaraya "elçi" düşüb.

Qol.Az-ın məlumatına görə, "Mançester Yunayted"in baş məşqçisi Devid Moyes 22 yaşlı futbolçunu yeni mövsüm öz komandasında görmək istəyir.

Britaniya mətbuatı Mançester təmsilçisinin Alkantara üçün "Barselona"ya 17 milyon funt-sterlinq (20,57 milyon manat) ödəməyə hazır olduğunu iddia edir. Kataloniya təmsilçisi gələcək vəd edən futbolçusunu hələlik satmaq niyyətində olmadığını açıqlayıb. Lakin futbolçu üçün yüksək məbləğ təklif olunacağı təqdirdə Alkantara komandadan ayrılacaq.

Qeyd edək ki, 2009-cu ildən "Barselona"nın şərəfini qoruyan Alkantara keçirdiyi 68 oyunda 7 qola imza atıb.


Son xəbərlər
topaz banner