"Tottenhem" ilk transferini reallaşdırdı

"Tottenhem" ilk transferini reallaşdırdı
XƏBƏR 22 İyun 2013 / 11:18 3232
-  A +

İngiltərənin "Tottenhem" klubu ilk transferini gerçəkləşdirib.

Qol.Az-ın məlumatına görə, klub "Korintians"ın futbolçusu Paulinyonu heyətinə qatıb.

Bu transfer İngiltərə təmsilçisinə 17 milyon funt-sterlinqə (20,57 milyon manat) başa gəlib.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi ilə Madrid "Real"ı, "İnter", "Milan" və "Roma" klubları da yaxından maraqlanırdı. Hətta yeni mövsümdən "Real"ı çalışdıracaq Ançelottinin ilk transfer etmək istədiyi oyunçu Paulinyo hesab edilirdi.


Son xəbərlər
topaz banner