"İnter" "Krasnodar"la bərabərə qaldı (YENİLƏNİB)

"İnter" "Krasnodar"la bərabərə qaldı (YENİLƏNİB)
XƏBƏR 22 İyun 2013 / 18:46 4048
-  A +

"İnter"in Avstriyadakı təlim-məşq toplanışı davam edir.
 
Qol.Az-ın məlumatına görə, bu gün "İnter" toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxıb.

Bu oyunda komanda Rusiya Premyer Liqasında mübarizə aparan "Krasnodar" klubuyla üz-üzə gəlib. Bakı vaxtı ilə saat 17:00-da başlayan görüşdə tərəflərin səylərinə baxmayaraq, hesab açılmayıb - 0:0. 
 
Qeyd edək ki, "Krasnodar" ötən mövsümdə 30 qarşılaşmada 51 xal toplayıb və bu nəticə ilə "yaşıl-qaralar" 16 klub arasında 5-ci olublar.
 







22 iyun

Yoldaşlıq görüşü

17:00. "İnter" - "Krasnodar" - 0:0


Son xəbərlər
topaz banner