"Malaqa"nın futbolçusu "Real"a keçdi

"Malaqa"nın futbolçusu "Real"a keçdi
XƏBƏR 22 İyun 2013 / 10:46 3676
-  A +

İspaniyanın “Real” (Madrid) klubu “Malaqa”nın futbolçusu İskonun keçidini həll edib.

Qol.Az-ın “AS”a istinadən verdiyi məlumata görə, 21 yaşlı yarımmüdafiəçinin transferi “kral klubu”na 30 milyon avroya başa gəlib.
 
Onunla 5 illik müqavilə bağlanacaq. Üstəlik, “Real”ın oyunçularından biri “Malaqa”ya icarə əsasında gedəcək. Mümkün namizədlər arasında rusiyalı Denis Çerışevin də adı hallanır.
 
Qeyd edək ki, İsko ötən mövsüm “Malaqa”da 48 oyuna 12 qol vurub və 5 məhsuldar ötürmə verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner