Dünyanın ən yaxşı futbolçusundan yeni rekord

Dünyanın ən yaxşı futbolçusundan yeni rekord
XƏBƏR 21 İyun 2013 / 18:55 3827
-  A +

ABŞ-ın qadınlardan ibarət milli komandasının futbolçusu Ebbi Uombax beynəlxalq matçlarda yeni rekord müəyyənləşdirib.

2012-ci ilin ən yaxşı qadın oyunçusu Cənubi Koreya ilə yoldaşlıq görüşündə 4 qol vurub.
 
ABŞ-ın 5:0 hesablı qələbə qazandığı qarşılaşmada o, bütün qollarına ilk yarıdaca imza atıb. Bununla da Uombax 207 oyun keçirdiyi yığmada qollarının sayını 160-a çatdırıb. Əvvəlki rekord ABŞ yığmasının digər üzvü, 158 qol vurmuş Mia Hemmə məxsus olub.
 
Qeyd edək ki, Ebbi Uombax 2 dəfə olimpiya çempionu, 2 dəfə dünya çempionatının bürünc, 1 dəfə gümüş medalçısı olub. Kişilər arasında isə beynəlxalq oyunlarda dünya rekordu İran yığmasının milliyyətcə azərbaycanlı sabiq futbolçusu Əli Daeiyə məxsusdur. O, millidə 149 matçda 109 qol vurub (Lent.az).

Son xəbərlər
topaz banner