Qvardiolanın ilk matçı "Borussiya"ya qarşı olacaq

Qvardiolanın ilk matçı "Borussiya"ya qarşı olacaq
XƏBƏR 21 İyun 2013 / 17:33 2311
-  A +

"Bavariya"nın yeni baş məşqçisi Pep Qvadiolanın Bundesliqada komandası ilə çıxacağı ilk matçı məlum olub.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, bu gün baş tutan püşkatmaya əsasən ispan mütəxəssis il matçını avqustun 9-da "Borussiya" (Münhenqladbax) klubuna qarşı keçirəcək.
 
Oyun "Alyans Arena"da baş tutacaq və mövsümün ilk matçı olacaq. Son Çempionlar Liqasının finalçılarından olan Dortmund "Borussiyası isə ilk oyun günündə səfərdə "Augsburq"un qonağı olacaq. Digər oyunlarda isə Bayer (Leverkusen) "Frayburq"la, "Şalke" isə "Hamburq"la üz-üzə gələcək.

Bundesliqanın yeni klublarından olan "Herta" "Ayntraxt"la (Frankfurt), "Verder" (Bremen) isə "Ayntraxt"la (Braunşevq) münasibətlərinə aydınlıq gətirəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner