Messi: "Ortada heç bir fırıldaqçılıq yoxdur"

Messi: "Ortada heç bir fırıldaqçılıq yoxdur"
XƏBƏR 21 İyun 2013 / 15:36 2208
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi sentyabrın 17-də məhkəmə qarşısına çıxacağı ilə bağlı verilən qərara münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, argentinalı hücumçu İtaliyanın "Corriere Della Serra"ya açıqlamasında buna çox təəccübləndiyini deyib: 

"Vergiləri hər zaman vaxtında ödəmişik. Vəkillərimiz bu məsələ ilə bağlı vergi dairəsi ilə danışıqlara başlayaraq hər şeyə aydınlıq gətirəcək. Ortada heç bir fırıldaqçılıq yoxdur".

Qeyd edək ki, Messinin 2007, 2008 və 2009-cu illərdə 4 milyon avro dəyərində vergidən yayındığı bildirilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner