PSJ Loran Blanla razılığa gəldi

PSJ Loran Blanla razılığa gəldi
XƏBƏR 21 İyun 2013 / 13:30 1965
-  A +

Karlo Ançelotti ilə yolları ayırmaq qərarı verən PSJ baş məşqçi axtarışlarını davam etdirir.

Qol.Az-ın "L Eqoipe”yə istinadən verdiyi məlumata görə, artıq klub yeni çalışdırıcısını müəyyənləşdirib. Qəzet iddia edir ki, PSJ-nin idman direktoru Leanardo Fransa millisinin sabiq baş məşqçisi Loran Blanla danışıqlar aparıb və razılığa gəlib. Yaxın günlərdə bu transferin rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis baş məşqi karyerası ərzində üç mövsüm "Bordo" klubunu, iki il isə Fransa milli komandasını çalışdırıb.


Son xəbərlər
topaz banner