“Orduspor” Kamanandan imtina etdi

“Orduspor” Kamanandan imtina etdi
XƏBƏR 21 İyun 2013 / 11:21 1792
-  A +

Türkiyənin birinci liqasında yarışan “Orduspor” klubu "Qəbələ"nin futbolçusu Yannik Kamananın transferindən imtina edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna yeni mövsümdən qüvvəyə minəcək legioner limitinin olması səbəb olub.

Belə ki, klubun oyunçusu Miqel Qarsiya komandada qalacağı və Xavitonun böyük ehtimalla heyətə qatacağı üçün əcnəbi futbolçularının sayı 2-ə yüksələn klub transferdə səhv etmək istəmir.

Buna görə də tələsik qərar verməməyi düşünən rəhbərlik Kamananın transferindən imtina edərək daha yaxşısını almağa qərar verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner