İspaniya millisinin futbolçuları qarət olundu

İspaniya millisinin futbolçuları qarət olundu
XƏBƏR 21 İyun 2013 / 00:01 2060
-  A +

Konfederasiyalar Kuboku üçün Braziliyada olan İspaniya milli komandasının bəzi futbolçuları qarət olunub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bazar günü Uruqvay millisi ilə qarşılaşan komanda oteli tərk etdiyi zaman kimliyi məlum olmayan insanlar oyunçuların otaqlarına daxil olaraq 6 nəfərin şəxsi əşyalarını oğurlayıb.

Soyğuna uğrayan futbolçuların arasında "Barselona"nın müdafiəçisi Jerard Pike də olub. Zərərçəkən digər oyunçuların adları açıqlanmasa da, bəzilərinin 1000 avroya qədər pulunun oğurlandığı bildirilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner