"İlk dəfədir ki, doğma şəhərimin komandasında çıxış edəcəm"

"İlk dəfədir ki, doğma şəhərimin komandasında çıxış edəcəm"
XƏBƏR 20 İyun 2013 / 18:55 2494
-  A +

"Sumqayıt"a bir illik müqaviləyə imza atan Zaur Həşimov klubun saytına açıqlama verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi yeni klubunda uğur qazanacağına inandığını deyib: "Sumqayıt şəhərində anadan olsam da, ilk dəfədir ki doğma şəhərimin komandasında çıxış edəcəm. Buna görə çox sevinərəm. İnşallah uğurlu çıxışımla "Sumqayıt" FK-na xeyirli olaram", - deyə Zaur Həşimov klubun rəsmi saytına açıqlama verib.

Qeyd edək ki, karyerası ərzində "Şəfa", "Xəzər Universiteti", "İnter" və "Xəzər Lənkəran"ın şərəfini qorumuş Zaur "Qarabağ"ın heyətində Premyer Liqada ümumilikdə 86 oyunda 2 qol vurub. O, həmçinin 19 dəfə Azərbaycan A millisinin formasını geyinib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner