"İnter" hazırlıqlarını davam etdirir

"İnter" hazırlıqlarını davam etdirir
XƏBƏR 20 İyun 2013 / 18:30 1383
-  A +

Bu mövsüm ölkəmizi Avroliqada təmsil edəcək Bakının "İnter" klubu Avstriyada təlim-məşq toplanışı keçir.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tirol toplanışının beşinci günü 2 məşqdən ibarət olub.

Komanda saat 10:30-da və 17:30-da məşqə çıxıb. Səhər keçirilən məşq isinmə hərəkətlərlə başlayıb, daha sonra “İnter”in futbolçuları fiziki tapşırıqları yerinə yetiriblər. Axşam məşqində isə oyunçular daha çox topla məşq ediblər və ikirəfəli oyun keçiriblər.
 
Qeyd edək ki, bu gün "İnter"in futbolçuları istirahət edirlər.

Son xəbərlər
topaz banner