Bekhemə görə beş nəfər yaralandı

Bekhemə görə beş nəfər yaralandı
XƏBƏR 20 İyun 2013 / 17:07 2008
-  A +

Futbolçu karyerasını başa vuran ingilis oyunçu Devid Bekhem Çinə səfər edib.

Qol.Az-ın ölkənin "Xinmin" agentliyinə istinadən verdiyi məlumata görə, o, səfər zamanı Tongi Universitetinin futbol klubunu ziyarət etməyi planlaşdırsa da, mərasim son anda təxirə salınıb. Buna futbolçunu görmək istəyənlər arasında izdihamın yaşanması səbəb olub. Nəticədə 5 nəfər yaralanaraq xəstəxanaya qaldırılıb.

Qeyd edək ki, Bekhem Çinin birinci liqasının təqdimat mərasimində iştirak etmək üçün bir həftə əzrində ölkədə olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner