İdman Araşdırmalar Mərkəzi azərbaycanlı futbolçuların aparıcı çempionatlarda oynama perspektivləri ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində legioner həyatı yaşamaq baxımından, ən asan və ən çətin liqalar müəyyənləşib.
Hazırda azərbaycanlı futbolçulardan aparıcı ölkələrin yüksək liqasında yalnız Ruslan Abışov çıxış edir. Milli komandamızın üzvü ötən mövsümün qış transfer dövründə Rusiyanın “Rubin” klubu ilə müqavilə bağlayıb. Lakin o, cəmi 1 oyunda “ilk 11-liy”ə düşə bilib. Son illərdə Vaqif Cavadov Hollandiya “Tvente”sində, Rəşad Sadıqov Türkiyənin “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor” klublarında qısa müddətli legioner həyatı yaşayıb.
Hazırda “Neftçi”də çıxış edən Araz Abdullayev isə 2011-ci ilin yanvarında İngiltərənin “Everton” klubu ilə müqavilə bağlasa da, 1 oyunda da meydana çıxa bilməyib. Səbəb kimi millimizdə az oyun keçirməsi səbəbindən İngiltərədə ona işçi vizasının verilməməsi göstərilib. Hətta çoxlu sayda futbolçumuz aparıcı çempionatlarda oynamağa hazır vəziyyətdə olsa belə, legioner limiti üzündən əcnəbi klublara transferlərində problem yarana bilər. Bu baxımdan, oyunçularımız üçün hansı çempionatın münasib olduğu maraq doğurur. 2012-2013-cü il mövsümünün yekunlarına əsasən, UEFA reytinqində ilk 10 pillədə yer alan ölkə çempionatlarındakı legioner limiti belədir:
1. İspaniya: Mövsüm üçün sifariş edilən 25 futbolçudan 3-ü qeyri-Avropa Birliyi ölkəsindən ola bilər. Bununla yanaşı, Avropa Birliyi İqtisadi Əməkdaşlıq Müqaviləsinə imza atan ölkələrin (məsələn, Türkiyənin) futbolçuları legioner statusunda sayılmırlar.
2. İngiltərə: Legioner limiti yoxdur. Avropa Birliyinə daxil olmayan futbolçular isə işçi vizası almalıdırlar.
3. Almaniya: Legioner limiti yoxdur
4. İtaliya: Legioner limiti yoxdur. Lakin klublar bir mövsüm ərzində Avropa Birliyi xaricindən 2 transfer edə bilərlər.
5. Portuqaliya: Legioner limiti yoxdur
6. Fransa: Start heyətində Avropa Birliyindən kənar ölkələrdən 3 futbolçu oynaya bilər. Fransanın keçmiş müstəmləkələrindən gələn futbolçular isə legioner sayılmırlar.
7. Ukrayna: Meydanda 7 əcnəbi oyunçu yer ala bilər.
8. Rusiya: Meydanda 7 əcnəbi oyunçu yer ala bilər
9. Hollandiya: Legioner limiti yoxdur
10. Türkiyə: 2013-2014-cü il mövsümündə komandalar heyətlərində cəmi 10 əcnəbi saxlaya bilərlər. Oyun vaxtı onlardan 6-sı meydana, 4-ü isə tribunaya çıxmalıdır. 2014-2015-ci il mövsümündə isə komandalar heyətlərində cəmi 8 əcnəbi oyunçu saxlaya biləcəklər. Oyunlar vaxtı onlardan 5-i meydanda, 3-ü isə tribunada yer alacaq.
Göründüyü kimi, azərbaycanlı futbolçuların Almaniya, Portuqaliya və Hollandiya klublarına transferlərində heç bir problem yoxdur. Türkiyə Superliqasında çıxış etmək Ukrayna və Rusiya Premyer liqalarında oynamaqdan daha çətindir. Əvəzində qardaş ölkənin I liqasında türkdilli ölkələrdən olan futbolçulara legioner limiti şamil olunmur. Bu isə azərbaycanlı oyunçuların transferlərində müəyyən canlanmaya səbəb olub. Azərbaycan Avropa Birliyinə üzv ölkə sayılmadığından, İngiltərə, İspaniya, İtaliya və Fransa çempionatlarına transferlər zamanı müəyyən problemlər yarana bilər. Bunlardan nisbətən asanı İngiltərə Premyer Liqasıdır. Qalan 3 çempionat arasında isə transfer baxımından ən çətini İtaliya A seriyasıdır. Baxmayaraq ki, bu ölkənin yüksək liqasında legioner limiti yoxdur.
Qeyd edək ki, Azərbaycanın futbol çempionatlarından Topaz Premyer Liqasında klublar start heyətində 7 əcnəbinin xidmətindən yararlana bilərlər. Qalan 4 yerli oyunçudan 1-inin yaşı 21-dək olmalıdır. Amma sifariş ərizələrində legioner sayına heç bir məhdudiyyət qoyulmur. I divizionda isə 2013-2014-cü il mövsümündə klublar start heyətində yaşı 21-dək olan 8 oyunçunun xidmətindən yararlana biləcəklər.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq