Topaz Premyer Liqasında yerini qoruya bilməyən “Turan” növbəti zərbəni alıb.
Tovuz klubu növbəti mövsümdə çıxış edəcəyi I diviziona -6 xalla başlayacaq. Bu da “Turan”ın sabiq baş məşqçisi Naci Şensoyun onunla müqaviləsini birtərəfli şəkildə pozmağının qarşılığında kompensasiya vermədiyinə görə FİFA-nın çıxardığı qərarı ilə bağlıdır.
Artıq dünya ali futbol qurumu bununla əlaqədar AFFA-ya rəsmi məktub göndərib və məsələyə İntizam Komitəsinin iclasında baxılıb. Qurumun sədri Tofiq Fətullayev məlumatı təsdiqləyib:
“Bəli, FİFA-dan Şensoya kompensasiyanın ödənilməməyi ilə bağlı FİFA-dan məktub almışdıq və buna iclasımızda baxdıq. Çıxarılan qərara əsasən “Turan”ın 6 xalı silinib. Bu, başa çatan yox, növbəti mövsümə aiddir. Yəni komanda I divizionda mübarizəyə -6 xalla başlayacaq”.
“Turan”ın vitse-prezidenti Namiq Məstanov da qərarla bağlı məlumatlı olduqlarını bildirib: “Bu, klubumuzun əvvəlki rəhbərliyinin dövründə olub. Şensoy FİFA-ya şikayət etmişdi və ona 120 min dollar təzminat ödənilməlidir. “Turan”ın maddi durumunun, borclarının olduğu məlumdur. Biz həmin məbləği ödəyə bilmədiyimizdən, FİFA 6 xalın silinməyi ilə bağlı qərar çıxarıb. Bilirik ki, ordan göndərilən məktuba AFFA-nın İntizam Komitəsində baxılaraq məsələ rəsmiləşib. Ancaq həmin qərar bizə göndərilmədiyindən, 6 xalın başa çatan, yoxsa növbəti mövsümdən silinməyi haqda bixəbərik”.
Qeyd edək ki, FİFA-nın 6 xalı silinməyi ilə bağlı qərarı və AFFA-nın İntizam Komitəsinin bunu təsdiqləməyi futbolumuzda ilk belə olay deyil. Ötən mövsümün sonunda “Xəzər Lənkəran”ın braziliyalı sabiq futbolçusu Romulo Silvoya borcuna görə bu hal yaşanmışdı. Ancaq lənkəranlıların Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayəti müsbət bəhrəsini verərək, 6 xalı qaytarılmışdı (apasport.az).
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi