İran və Cənubi Koreya dünya çempionatında

İran və Cənubi Koreya dünya çempionatında
XƏBƏR 19 İyun 2013 / 18:35 2203
-  A +

2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına daha iki ölkənin milli komandası vəsiqə qazanıb.

Qol.Az-ın məlumatına görə, Asiya zonası üzrə seçmə mərhələdə A qrupunu ilk 2 pillədə tamamlayan Cənubi Koreya və İran mundialda iştiraklarını təmin edib.
 
Qrup mərhələsinin son turunda İran Cənubi Koreyaya qalib gəlib – 1:0 və qrupu 16 xalla lider kimi tamamlayıb. Özbəkistan isə Qətəri darmadağın edib – 5:1. Qalib komandanın heyətində “Neftçi”nin legioneri Bahodir Nasimov “dubl” edib.

Özbəkistan xallarını 14-ə çatdıraraq, Cənubi Koreya ilə bərabərləşsə də, top fərqində geri olduğu üçün birbaşa vəsiqəni təmin edə bilməyib. İndi Nasimovun komandası mundiala yollanmaq üçün əvvəlcə B qrupunda 3-cü yeri tutan İordaniya yığmasını, sonra isə Cənubi Amerika zonasında 5-ci yerin sahibini (hazırda Uruqvay) yenməlidir.
 
Qeyd edək ki, hazırda dünya çempionatında 5 ölkənin iştirakı rəsmiləşib. Bunlar təşkilatçı ölkə olan Braziliya, Yaponiya, Avstraliya, Cənubi Koreya və İrandır.

Son xəbərlər
topaz banner