"Barselona"dan Xuan Mataya 30 milyon funt

"Barselona"dan Xuan Mataya 30 milyon funt
XƏBƏR 19 İyun 2013 / 18:19 2488
-  A +

"Barselona" klubu "Çelsi"nin yarımmüdafiəçisi Xuan Matanı transfer etməkdə olduqca israrlıdır.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi ispaniyalı futbolçunun transferi üçün 30 milyon avro (36,87 milyon manat) qarşı tərəfə təklif edib.

"Barselona"nın baş məşqçisi Tito Vilanova yeni mövsümdən Matanı komandasında görmək istəyir. Lakin "Çelsi" klubu futbolçusunu daha yüksək məbləğə satmağı planlaşdırır.

Qeyd edək ki, 2011-ci ildən "Çelsi"nin şərəfini qoruyan Mata keçirdiyi 69 oyunda 18 qola atıb.


Son xəbərlər
topaz banner