Kamran Ağayev əməliyyat olunacaq

Kamran Ağayev əməliyyat olunacaq
XƏBƏR 19 İyun 2013 / 15:44 2246
-  A +

Azərbaycan millisinin və “Bakı” klubunun qapıçısı Kamran Ağayev sabah səhər saatlarında Türkiyəyə yola düşəcək.

Qol.Az-ın klubun rəsmi saytına isitinadən verdiyi məlumata görə, uzun müddətli qasıq nahiyyəsindəki ağrılardan əziyyət çəkən qapıçı klubun sağlamlıq sponsoru olan “Acıbadəm” klinikasında əməliyyat olunacaq.

Komandanın həkimi Rafiq Hüseynovun məlumatına əsasən, qasığın sol tərəfindən əməliyyat olunacaq Kamranın ən azı bir aydan sonra məşqlərə başlayacağı gözlənilir.

Son xəbərlər
topaz banner