Qvardiolanın ilk məşqində 30 min azarkeş

Qvardiolanın ilk məşqində 30 min azarkeş
XƏBƏR 19 İyun 2013 / 14:40 2605
-  A +

İyunun 26-də "Bavariya" yeni baş məşqçisi Pep Qvariolanın rəhbərliyi altında ilk açıq məşqini keçirəcək. Qol.Az "Die Velt"ə istinadən verdiyi məlumata görə, artıq "Alyans Arena"da baş tutacaq bu məşq üçün 30 min azarkeş bilet alıb.

Açıq məşqdən üç gün öncə, iyunun 23-də isə Qvardiola “Bavariya”nın baş məşqçisi kimi ilk mətbuat konfransını keçirəcək. Tədbiri Avropanın bir çox televiziya kanalı canlı yayımlayacaq. Mətbuat konfransında ispan mütəxəssisin almanca danışacağı gözlənilir.

Qeyd edək ki, 42 yaşlı Qvardiola bu il yanvarın 16-da “Bavariya” ilə müqavilə imzalayıb.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner