“Orduspor” Yannik Kamananı da transfer edə bilər

“Orduspor” Yannik Kamananı da transfer edə bilər
XƏBƏR 19 İyun 2013 / 14:22 2125
-  A +

Türkiyənin birinci liqasında yarışacaq “Orduspor” Branimir Subaşicdən sonra daha bir Azərbaycan klubunun futbolçusunu transfer etmək istəyir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, klub  "Qəbələ"nin oyunçusu Yannik Kamananla artıq danışıqlara başlayıb. Əmrə Aygün və Branimir Subaşiçin transferinə baxmayaraq, "Orduspor" sabiq hücumçusunu komandaya gətirərək hücum xəttini daha da gücləndirmək niyətindədir.

Məlumatda qqeyd edilib ki, klub Kamananla razılığın əldə olunmasına çox yaxındır. Əgər bu transferin gerçəkləşməsində problem yaransa, “Orduspor” başqa oyunçularla danışıqlara başlayacaq.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner