Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakıkın "Neftçi" klubu təlim-məşq toplanışı keçmək məqsədilə Avstriyaya yola düşəcək.
Bu barədə Qol.Az saytında açıqlamasında klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
T.Süleymanovun sözlərinə görə "Neftçi" sabah səhər saatlarında Bakı-İstanbul-Münhen reysi ilə Avstriyaya gedəcək. Klub rəsmisi "Neftçi"nin elə həmin gün axşam saatlarında ilk məşqinə çıxacağını əlavə edib.
Qeyd edək ki, Böyükağa Hacıyevin komandası Avstriyada bir neçə yoldaşlıq görüşü keçirəcək. "Neftçi"nin "Slaviya" (Çexiya) və "Vasluy" (Rumıniya) klublarından sonra daha iki rəqibi bəlli olub. "Ağ qaralar" Avstriyada ilk görüşündə Rusiya Premyer Liqa təmsilçisi "Volqa" klubu ilə qarşılaşacaq. Bu oyun iyunun 29-na nəzərdə tutulub. "Volqa"nın ardından isə "Neftçi" digər Premyer Liqa təmsilçisi "Terek"lə üz-üzə gələcək. Hələlik Qroznı təmsilçisi ilə görüşün vaxtı müəyyənləşməyib.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”