"Liverpul" və "Monako"nun Meyreleş mübarizəsi

"Liverpul" və "Monako"nun Meyreleş mübarizəsi
XƏBƏR 19 İyun 2013 / 11:44 2287
-  A +

"Fənərbaxça"nın futbolçusu Raul Meyreleş Avropanın iki klubunun maraq dairəsinə düşüb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Monako" və "Liverpul" portuqaliyalı oyunçunu heyətinə qatmaq istəyir.

Bu transfer üçün Fransa klubunun 10 milyon avro, İngiltərə nəhənginin isə bu rəqəmə yaxın məbləğ ödəməyə hazır olduğu bildirilir. "Fənərbaxça"nın futbolçu üçün rəsmi təklif gələcəyi təqdirdə bunu dəyərləndirəcəyi gözlənilir.

Qeyd edək ki, R.Meyreleş 2012-ci ildə "Çelsi"dən İstanbul klubuna transfer olunub.

Son xəbərlər
topaz banner