Fabreqas: "Beyl üçün 100 milyon ödəmək dəlilikdir"

Fabreqas: "Beyl üçün 100 milyon ödəmək dəlilikdir"
XƏBƏR 19 İyun 2013 / 11:03 2466
-  A +

"Barselona"nın futbolçudu Sesk Fabreqas əzəli rəqibləri olan Madrid "Real"ının "Tottenhem"in oyunçusu Qaret Beylin transfer üçün 100 milyon avro ödəməyə hazır olmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan ispaniyalı futbolçu Madrid klubunun uelsli yarımmüdafiəçi üçün bu qədər məbləğ verməsini dəlilik adlandırıb:

"Beyl üçün 100 milyon ödəmək dəlilikdir. Bu cür maliyyə şərtləri daxilində klubun bir oyunçuya bu qədər pul xərcləməsini anlaya bilmirəm. Düzdür, Beyl çox güclü bir futbolçudur. Amma onu bir də Madriddə oynayarkən görmək lazımdır. Buradakı oyununu görmədən fikir bildirə bilmərik".

Qeyd edək ki, Beyllə "Mançester Yunayted" və PSJ-nin də maraqlandığı iddia edilir.

Son xəbərlər
topaz banner