Ançelottinin "Real"a keçidi niyə gecikir?

Ançelottinin "Real"a keçidi niyə gecikir?
XƏBƏR 18 İyun 2013 / 17:41 2254
-  A +

"Real"la müqavilə imzalayacağı gözlənilən PSJ-nin baş məşqçisi Karlo Ançelottinin Madrid klubuna keçidinin gecikməsinin səbəbi məlum olub.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatı iddia edir ki, italiyalı mütəxəssinin "Real"la müqavilə imzalamamasının yeganə səbəbi vergi məsələsidir.

Əgər K.Ançelotti iyul 3-dən əvvəl imza atarsa, aldığı maaşın 52 faizini vergiyə verməli olacaq. 3 iyuldan sonra "Real"a gedəcəyi təqdirdə isə bu, 25 faizə düşəcək. Buna görə də baş məşqçinin növbəti ayda "Real"la müqaviləyə imza atacağı bildirilir.

Qeyd edək ki, Ançelotti son mövsüm PSJ ilə Fransa çempionatını qazanıb.


Son xəbərlər
topaz banner