“Real” qumarxana açır

“Real” qumarxana açır
XƏBƏR 18 İyun 2013 / 17:03 2525
-  A +

Madrid "Real"ının prezidenti Florentino Peres klubun gəlirlərini artırmaq üçün maraqlı bir qərar verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, "Santyaqo Bernabeu" stadionunda otel, alış-veriş mərkəzi ilə yanaşı, qumarxana da inşa olunmasını istəyir. Bunun isə klubun daha 120 milyon avro qazanmasına səbəb olacağı bildirilir.

Qeyd edək ki, ispaniyalı iş adamı Peres Kaka, Fiqo, Zidan, Ronaldo kimi bir çox ulduz futbolçuları komandaya transfer edib.

Son xəbərlər
topaz banner