Haynkes Qvardiolaya məsləhət verdi

Haynkes Qvardiolaya məsləhət verdi
XƏBƏR 18 İyun 2013 / 13:44 2764
-  A +

"Bavariya"nın sabiq baş məşqçisi Yupp Haynkes yeni mövsümdən Münhen təmsilçisini çalışdıracaq Pep Qvardiolaya tövsiyələr verib.

Qol.Az-ın məlumatına görə, o "Kicker"ə müsshibəsində ispan mütəxəssisə "Malaqa"nın futbolçusu İskonun transfer etməyi məsləhət görüb:  "Bəzi maraqlı oyunçular var. Onların başında İsko gəlir. Çox yaxşı bir yarımmüdafiəçidir. "Bavariya" onu almalıdır" - deyə Haynkes bildirib.

Qeyd edək ki, 21 yaşlı oyunçu ilə Madrid "Real"ı və "Mançester Siti" də maraqlanır.


Son xəbərlər
topaz banner