"İnter" millimizin sabiq üzvü ilə yolları ayırdı

"İnter" millimizin sabiq üzvü ilə yolları ayırdı
XƏBƏR 18 İyun 2013 / 12:33 2220
-  A +

Ötən həftə “İnter” yarımmüdafiəçisi Aleksandr Qross ilə vidalaşıb. Klub və oyunçu arasında 2014-cü ilədək müqavilə qüvvədə olsa da, qarşılıqlı razılığa əsasən razılışmaya son qoyulub.
 
Qol.Az-ın məlumatına görə, futbolçu transfer vərəqəsini klubdan aldıqdan sonra “İnter”dən ayrılmağı barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
 
“İnter”ə minnətdarlığımı bildirmək istəyirəm. Bu klubda 4 il keçirdim. Kluba gələndə 14 yaşım vardı. İndi mənim 20 yaşım var və “İnter”də keçirdirim bu 4 il ərzində yaddaşımda ancaq yaxşılıq qaldı. Həmin yeniyetmə yaşımda yaxşı məşqçinin rəhbərliyi altında oynamaq çox vacib idi və mənə bu nəsib oldu. Əlbəttə mənim üçün “İnter” futbol klubundan da artıqdır. İndi mənə oynamaq lazımdır, U-21 komandasında yerimi qaytarmaq lazımdır, irəliyə addımlamaq vacibdir. Bəzi təkliflər var və ümid edirəm ki, məndə alınacaq. Bir daha “İnter”ə uğurlar arzulayıram”.
 

Son xəbərlər
topaz banner