İstanbul klubunun futbolçusu "Fənərbaxça" ilə anlaşdı

İstanbul klubunun futbolçusu "Fənərbaxça" ilə anlaşdı
XƏBƏR 18 İyun 2013 / 00:01 2516
-  A +

Türkiyənin "Fənərbaxça" klubu daha bir futbolçunun transferini bitirmək üzrədir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "İstanbul BB"nin oyunçusu Samuel Tobias Holmenlə ilkin razılığa gəlinib.

İsveçli yarımmüdafiəçinin sabah tibbi müayinədən keçdikdən sonra "Fənərbaxça" ilə rəsmi müqavilə imzalayacağı bildirilir. 28 yaşlı futbolçunun "İstanbul BB" ilə müqavilə müddəti bitdiyindən "Fənərbaxça" bu transfer üçün qarşı tərəfə heç bir təzminat ödəməyəcək.

Qeyd edək ki, Holmen son mövsüm Superliqada forma geyindiyi 33 oyunda 11 qola və 5 məhsuldar ötürməyə imza atıb.


Son xəbərlər
topaz banner