Türk klubu "Borussiya"ya rəqib oldu

Türk klubu "Borussiya"ya rəqib oldu
XƏBƏR 17 İyun 2013 / 18:30 2897
-  A +

Son mövsüm Çempionlar Liqasının finalçılarından olan Dortmund "Borussiya"sının hazırlıq planı müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi hazırlıq matçlarından birini Türkiyənin "Bursaspor" klubu ilə keçirəcək. Qarşılaşma iyulun 13-u Avstriyanın "Kaşpoint Arena" stadionunda baş tutacaq.

Qeyd edək ki, "Borussiya" hazırlıq matçı çərçivəsində  Almaniyanın "Maqdeburq", İsveçrənin "Bazel", "Luzern" klubları ilə də qarşılaşacaq.


Son xəbərlər
topaz banner