"Real"ın futbolçusu "Benfika"ya doğru

"Real"ın futbolçusu "Benfika"ya doğru
XƏBƏR 17 İyun 2013 / 15:38 2845
-  A +

Madrid "Real"ının futbolçusu Fabio Koentrau klubdan ayrıla bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, adı "Monako" ilə hallanan portuqaliyalı oyunçu öz ölkəsinə qayıtmağa çox yaxındır.

25 yaşlı oyunçu üçün keçmiş komandası "Benfika"dan Madrid klubuna 20 milyon avroluq təklif gəldiyi bildilir. "Real"ın göndərilən təklifə yaxın günlərdə cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, Koentrau 2008-ci ildə "Benfika"dan 30 milyon avroya "Kral klubu"na transfer olunub.


Son xəbərlər
topaz banner