Del Boske: “Havanın isti olması futbolçulara təsir etdi”

Del Boske: “Havanın isti olması futbolçulara təsir etdi”
XƏBƏR 17 İyun 2013 / 12:23 1499
-  A +

İspaniya milli komandasının baş məşqçisi Visente del Boske Konfederasiyalar kubokunda Uruqvayı məğlub  (2:1) etdikləri oyunu şərh edib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis qazandıqları üç xalın yarımfinala çıxmaq üçün çox önəmli olduğunu  deyib.

"Komandamın yalnız ilk hissədəki deyil, ikinci hissədəki oyundan da razı qaldım. Ümimilikdə yaxşı təsir bağışladıq. Yorğunluğumuz son dəqiqələrdə çox artdı. Havanın isti olması futbolçulara təsir etdi" - deyə Boske bildirib.


Son xəbərlər
topaz banner