Balotelli: “İki sarı vərəqəyə görə növbəti oyunu buraxacağımızı bilmirdim”

Balotelli: “İki sarı vərəqəyə görə növbəti oyunu buraxacağımızı bilmirdim”
XƏBƏR 17 İyun 2013 / 12:00 1955
-  A +

"Möhtəşəm bir oyun oldu. Belə bir matçda qol vurmaq çox gözəldir. Önəmli olan qazanmağımızdır. Qarşıdakı oyunda da qalib gəlsək, növbəti mərhələyə keçəcəyik. Burada final oynamaq istəyirik. Rəqibimiz kim olursa-olsun, bunun üçün mübarizə aparacağıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin futbolçusu Mario Balotelli Konfederasiyalar kubokunda Meksika ilə oyundan (2:1) sonra "Rai Sport"a açıqlamasında deyib.

22 yaşlı hücumçu qol vurduqdan sonra formasını çıxartdığı üçün sarı vərəqə ilə cəzalandırılmasına münasibət bildirərkən deyib: "Bu turnirdə iki sarı vərəqəyə aldığımız zaman növbəti oyunu buraxacağımızı bilmirdim. Buna görə növbəti oyunda diqqətli olacağam".


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner