"Qalatasaray"ın futbolçusu Premyer Liqa yolunda

"Qalatasaray"ın futbolçusu Premyer Liqa yolunda
XƏBƏR 17 İyun 2013 / 02:33 3127
-  A +

"Qalatasaray" klubunun yarımmüdafiəçisi Nordin Amrabat İngiltərə Premyer Liqasından təklif alıb.

Qol.Az-ın məlumatına görə, bu barədə mərakeşli futbolçunun meneceri Barri Tomas açıqlama verib.

Onun sözlərinə görə, Amrabatla İngiltərənin bir neçə klubu yaxından maraqlanır: "Mövsüm başa çatan kimi bir sıra klublardan təkliflər aldıq. Xüsusən də Premyer Liqa klublarından. Ad çəkməyəcəyəm. Ancaq onu da deyim ki, Amrabat "Qalatasaray"da qalmaq istəyir. Hər şey özündən asılıdır. Komanda ilə razılığa gəlsə, növbəti mövsüm də "Cim Bom"un şərəfini qoruyacaq".

Qeye edək ki, Amrabat ötən mövsüm 8 milyon avro müqabilində "Kayserispor"dan "Qalatasaray"a tarnsfer olunmuşdu.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner