Mata: "Çelsi"dən getmək niyyətim yoxdur"

Mata: "Çelsi"dən getmək niyyətim yoxdur"
XƏBƏR 16 İyun 2013 / 01:23 1768
-  A +

"Çelsi" klubunun yarımmüdafiəçisi Xuan Mata komandadan ayrılacağı ilə yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, "Marca"ya danışan ispaniyalı futbolçu "Çelsi"də xoşbəxt olduğunu bildirib:

"Mourinyonun məni komandasında görmək istəməməsi haqda bir şey eşitməmişəm. Son iki mövsümdə hər kəs mənim möhtəşəm çıxışımdan danışır. "Çelsi" ilə daha 3 illik müqaviləm var və burada çox xoşbəxtəm. Komandadan getmək niyyətim yoxdur. Yeni mövsümdə Premyer Liqanı qazanmaq istəyirəm. Bu, mənim üçün əla zəfər olardı".

Qeyd edək ki, Mata ötən mövsüm 17 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
topaz banner