"O zamana qədər "Fənərbaxça"nın futbolçusu olacağam"

"O zamana qədər "Fənərbaxça"nın futbolçusu olacağam"
XƏBƏR 15 İyun 2013 / 18:56 3579
-  A +

Ötən mövsüm Yuventus"dan 7 milyon yarım avroya tranfer olunan və gözlənilənləri verməyən "Fənərbaxça"nın futbolçusu Miloş Krasiç komandadan ayrılıb-ayrılmayacağı haqqında danışıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, La Liqa klublarından olan "Sevilya"dan təklif aldığını təsdiqləyən oyunçu qərarının komandasının yeni baş məşqçisi məlum olduqdan sonra verəcəyini deyib:

"Klubla hazırlıqlara başlayacam. Yeni gələcək baş məşqçinin düşüncələri mənim üçün çox önəmli olacaq. O zamana qədər "Fənərbaxça"nın futbolçusu olacağam".

Qeyd edək ki, İstanbul klubu yeni mövsümdən qüvvəyə minəcək legioner limitini nəzərə alaraq Krasiçin başqa kluba getməsini istəyib.

Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner