"Mançester Siti"nin yeni baş məşqçisindən ilk açıqlama

"Mançester Siti"nin yeni baş məşqçisindən ilk açıqlama
XƏBƏR 15 İyun 2013 / 18:32 2510
-  A +

"Mançester Siti" kimi bir klubdasınızsa, məqsədin bütün kubokları qazanmaq olmalıdır. Çünki bu klub uğurlar əldə etmək üçün yüksək məbləğli transferlər edib. Bu mövsüm onlar üçün uğursuz ola bilər, amma yeni mövsümdə istədiklərimizi əldə edəcəyik. Premyer Liqa və Çempionlar Liqasını qazanmağa çalışacağıq".

Qol.Az-n məlumatına görə, bu sözləri "Mançester Siti"nin yeni baş məşqisi Manuel Pelleqrini klubun rəsmi saytına açıqlamasında deyib.

Keçmiş klubu "Malaqa" ÇL-in 1/8 final mərhələsinə çıxardıqdan sonra bir çox klubdan təklif aldığını deyən təcrübəli mütəxəssis "Mançester Siti"ni seçməsinin səbəbləri haqqında danışıb: "İlk səbəb klub rəhbəri və nümayəndələri ilə danışığımdan sonra burada uğurlu işlər görə biləcəyimə inanmağım oldu. İkincisi, komanda mükkəməl heyətə malikdir. Qarşıdakı 3-4 il ərzində iz buraxacağımıza inanıram".

Qeyd edək ki, Pelleqrini "Mançester Siti" ilə üç illik müqavilə imzalayı

Son xəbərlər
topaz banner