Arsen Vengerə "Arsenal"dan yeni təklif

Arsen Vengerə "Arsenal"dan yeni təklif
XƏBƏR 15 İyun 2013 / 17:38 2252
-  A +

İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Arsen Venger daha iki il komandada qala bilər.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, klub 8 ildir ki, heç bir kubok qazanmamış olmasına baxmayaraq, fransız mütəxəssislə müqavilə yeniləmək niyyətindədir.

2014-cu ildə sözləşməsi başa çatacaq olan Vengerin də komandada qalmaq istədiyi bildirilir. Baş məşqçi ilə tezliklə danışıqlara başlayacaq rəhbərlik Vengerə iki illik yeni müqavilə təklif edəcək.

Qeyd edək ki, 63 yaşlı baş məşqçi 1996-ci ildən "Arsenal"ı çalışdırır.

Son xəbərlər
topaz banner