"İnter" dağın ətəyində ilk məşqinə çıxdı

"İnter" dağın ətəyində ilk məşqinə çıxdı
XƏBƏR 15 İyun 2013 / 16:26 1740
-  A +

Dünən Bakının "İnter" klubu UEFA Avropa Liqasının oyunlarına hazırlıq çərçivəsində təlim-məşq toplanışı keçirmək məqsədilə Avstriyaya yollanıb. 
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 18:00-da komanda təyyarə ilə Bakıdan Avstriyanın paytaxtı Vyana şəhərinə uçub.

Sonra “İnter” təyyarə ilə Zalsburq şəhərinə yollanıb. Zalsburqdan Tirol şəhərinəsə isə avtobusla çatıb.
 
Qeyd edək ki, “İnter” Tirol şəhərində Vilder dağının ətəyində yerləşən oteldə məskunlaşıb.
 
Əlavə edək ki, bu gün "İnter" artıq səhər məşq edib, axşam isə daha bir məşqin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər
topaz banner