Konfederasiyalar Kubokunda yeni texnologiya

Konfederasiyalar Kubokunda yeni texnologiya
XƏBƏR 15 İyun 2013 / 16:17 1913
-  A +

Bu gün Braziliyada baş tutacaq Konfederasiyalar Kuboku futbol tarixində yeni dönəmin başlanmasına səbəb olacaq.

Qol.Az-ın məlumatına görə, ilk dəfə olaraq bu turnirdə qapı xətti texnologiyasından istifadə olunacaq.

Topun çizgidən keçib-keçmədiyini bilmək üçün yaradılan bu sistem, düzgün işləyəcəyi təqdirdə dünya çempionatında da istifadə olunacaq. 17 kamerası və topun xəttdən keçdiyi zaman hakimin saatına siqnal göndərən texnologiyanın qiyməti də diqqət çəkir.

Bir stadiona 260 min dollara başa gələn sistemin uğurlu olacağı təqdirdə həm beynəlxalq, həm də bəzi önəmli liqa matçlarında istifadə ediləcəyi ehtimal olunur.

Son xəbərlər
topaz banner