"Mançester Yunayted" Ronaldonun transferi ilə bağlı "Real"la razılığa gəldi

"Mançester Yunayted" Ronaldonun transferi ilə bağlı "Real"la razılığa gəldi
XƏBƏR 15 İyun 2013 / 15:01 5538
-  A +

Dünyanın ən yaxşı futbolçuları arasında göstərilən Kriştiano Ronaldo keçmiş klubuna qayıda bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Mançester Yunayted" portuqaliyalı hücumçunun transferi üçün Madrid klubu ilə ilkin razılığa gəlib.

Ronaldonun müqabilində "qırmızı şeytan"ların "Real"a 85 milyon avro və Nanini verəcəyi bildirilir. Son açıqlamasında ispan klubu ilə müqaviləni yeniləmədiyini deyən portuqaliyalı hücumçu artıq Madriddəki evini də satışa çıxarıb.

Qeyd edək ki, əgər bu transfer reallaşarsa, Ronaldo sabiq baş məşqçisi Joze Mourinyoya rəqib olacaq.

Son xəbərlər
topaz banner