Pike: "Karyeramı "Barselona"da başa vurmaq istəyirəm"

Pike: "Karyeramı "Barselona"da başa vurmaq istəyirəm"
XƏBƏR 15 İyun 2013 / 14:34 1667
-  A +

"Barselona"nın müdafiəçisi Xerard Pike futbolçu karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı oyunçu futboldan ayrılana qədər "Barselona"da qalmaq istədiyini deyib:

"Bura mənim ailəm kimidir. Həyatda başınıza nələrin gələcəyini heç vaxt bilə bilməzsiniz. Buna görə mənim gələcəyim də bəlli deyil. Ancaq mən buradan ayrılmağı düşünmürəm. Karyeramı "Barselona" forması ilə tamamlamaq istəyirəm".

Qeyd edək ki, Pike son mövsüm iştirak etdiyi 28 matçda 2 qol vurub.

Son xəbərlər
topaz banner