Ronaldo ilə Fergüsson şəxsən danışacaq

Ronaldo ilə Fergüsson şəxsən danışacaq
XƏBƏR 15 İyun 2013 / 14:05 2514
-  A +

İngiltərənin "Mançester Yunayted" klubu sabiq futbolçusu Kriştiano Ronaldonu geri qaytarmaqda israrlıdır.

Qol.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu ilə komandanın əfsanəvi sabiq baş məşqçisi Ser Aleks Fergüsson şəxsən özü danışıqlar aparacaq.

Şotlandiyalı mütəxəssis Ronaldonu "Mançester Yunayted"ə qayıtması üçün razı salmağa çalışacaq. Mançester təmsilçisi Ronaldonun transferi üçün 65 milyon funt-sterlinq (80 milyon manat) xərcləməyə hazırdır. Lakin "Real" klubunun rəhbərliyi də 28 yaşlı futbolçunu komandada saxlamaq üçün əlindən gələni edir.

Qeyd edək ki, Ronaldo 2009-cu ildən 94 milyon avro müqabilində məhz "Mançester Yunayted"dən Madrid "Real"ına transfer olunmuşdu.


Son xəbərlər
topaz banner