"Azarkeşlərə əsl Droqbanı göstərməmişəm"

"Azarkeşlərə əsl Droqbanı göstərməmişəm"
XƏBƏR 15 İyun 2013 / 13:33 2499
-  A +

"Qalatasaray"ın futbolçusu Didye Droqba gələcək karyerası haqqında danışıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul klubundan müqaviləsini yeniləməsi ilə bağlı təklif aldığını deyən Fildişi Sahili yığmasının hücumçu daha bir il burada qalmaq istədiyini bildirib:

"Burada xoşbəxtəm, amma azarkeşlərə əsl Droqbanı göstərməmişəm. Çünki ilk gəldiyim zaman hazır deyildim. Yeni mövsümdə daha yaxşı oynamaq üçün hazırlıqlarımı davam etdirirəm. Burada müqaviləmi bir il daha uzada bilərəm".

Qeyd edək ki, 35 yaşlı oyunçu yanvar ayında "Qalatasaray"a il yarım müddətinə transfer olunub.

Son xəbərlər
topaz banner