"Falkaonun "Monako"ya transfer olunmasına çox təəccübləndim"

"Falkaonun "Monako"ya transfer olunmasına çox təəccübləndim"
XƏBƏR 15 İyun 2013 / 13:02 2852
-  A +

"Barselona"nın sabiq futbolçusu Erik Abidal Radamel Falkaonun "Monako"ya transfer olunması haqqında danışıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Abidal kolumbiyalı hücumçunun bu seçimi etməsinə təəccübləndiyini deyib:

"Onunla Dubayda yaxından tanış oldum. Meydandan kənarda da təvazökar biridir. Gənc olmasına baxmayaraq, güclü hücumçudur. O, "Monako"ya transfer olunarkən çox təəccübləndim. Amma inanıram ki, bunun doğru qərar olduğunu sübut edəcək".

Qeyd edək ki, Falkao mövsüm bitəndə “Atletiko”dan “Monako”ya 60 milyon avroya transfer edilib.

Son xəbərlər
topaz banner