PSJ-dən "Çelsi"nin futbolçusuna 25 milyon avro

PSJ-dən "Çelsi"nin futbolçusuna 25 milyon avro
XƏBƏR 15 İyun 2013 / 10:57 2962
-  A +

PSJ klubu "Çelsi"nin satışa çıxardığı iddia edilən futbolçusu David Luisi heyətinə qatmaq istəyir.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, bu transfer üçün Paris təmsilçisi 25 milyon avro ödəməyə hazırlaşır və ya PSJ-nin oyunçusu Tiaqo Silvanı Luisə dəyişdirməyi təklif edəcəyi iddia edilir.

"Çelsi"nin yeni çalışdırıcı Joze Mourinyonun braziliyalı müdafiəçini heyətdə düşünmədiyi üçün klubun futbolçunun transferinə razılıq verəcəyi bildirilir. Yaxın günlərdə isə bu transferin dəqiqləşəcəyi gözlənilir.

Qeyd edək ki, braziliyalı futbolçu ilə "Barselona" klubu da yaxından maraqlanır.

Son xəbərlər
topaz banner